Home » AMB: Son 5 ildə sığorta bazarında orta illik artım 10 faiz olub

AMB: Son 5 ildə sığorta bazarında orta illik artım 10 faiz olub

by Zeyneb
0 comments 1 views 1 minutes read

Son 5 ildə Azərbaycan sığorta bazarı orta hesabla 10 faiz civarında genişlənib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev “Türk Dövlətləri InsurTech Sammiti 2025”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bazarın inkişaf dinamikası həyat və qeyri-həyat sığorta şirkətləri üzrə fərqli templərlə müşahidə olunub:

“Xüsusilə son illərdə həyat sığorta şirkətlərinin aktivlərində daha yüksək artım tempi qeydə alınıb.”

P. Bənnayev bildirib ki, hazırda sığorta yığımlarının əsas hissəsi bir neçə məhsul üzrə cəmləşir:

• həyatın yaşam sığortası (investisiya yönümlü məhsullar)
• avtonəqliyyat vasitələrinin icbari sığortası
• icbari tibbi sığorta

O vurğulayıb ki, bu seqmentlər bazarın ümumi portfelində aparıcı paya sahibdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.