Home » Amerikalı milyonçudan pul ilə bağlı qızıl qaydalar

Amerikalı milyonçudan pul ilə bağlı qızıl qaydalar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Texnologiya və maliyyə sektoruna görə dünyanın bir nömrəli ölkəsi olan Amerika Birləşmiş Ştatlarında (ABŞ) iqtisadi tənəzzülün yaxın 6-12 ayı əhatə edəcəyi gözlənilir. Biznes üzrə fəlsəfə doktoru, milyon dollarlıq şirkətin idarəçisi Ann Kaplan özünün tövsiyələrini paylaşıb və deyir ki, iqtisadi tənəzzül hər kəs üçün bir imkandır. Belə bir vəziyyətdən çıxmaq üçün o, pul haqqında qaydalar hazırlayıb.

  1. 12-24 aylıq təcili yığım fondu yaradın. Stabil iqtisadiyyat dövründə ekspertlər 3-6 aylıq təcili yığım fondu yaratmağı tövsiyə edirlər. Lakin konsultant Katerina Valega deyir ki, işçilər hər-hansı işdən çıxma hallarına qarşı 12-24 aylıq təcili fond yaradılmasına fokuslanmalıdırlar.  
  2. Borc almağa hazırlaşın. İqtisadi tənəzzül zamanı bir çox insanlar çətin dövrlərdən keçirlər. Borc almaqda pis bir şey yoxdur. Amma çalışın borclarınızı vaxtında qaytarın və balansı və kredit xalını yüksək saxlayın.     
  3. Kredit hesablarınızı aktiv saxlayın. Təşvişə düşüb, kredit kartlarınızı bağlamayın.
  4. Karyeranızı dəyişmək istəyirsinizsə, düşünün, çünki iqtisadi tənəzzül bu dəyişiklik üçün real vaxt deyil. Yadda saxlayın ki, tibb, təhsil, hüquq, maliyyə, ictimai təhlükəsizlik və s. cəmiyyəti ayaqda saxlayan işlərdir. 
  5. Kosmetika, şampun, konservləşdirilmiş məhsullar supermarketlərdə daha aşağı qiymətə alına bilər, demək olar ki, eyni məhsulu təklif edirlər. 
  6. Təşvişə düşməyin, iqtisadi tənəzzül heç vaxt son demək deyil. Əgər işinizi itirmisinizsə, yaxud gəlirlərinizdə azalma olubsa, xərclərinizdə azalmaya gedə, yaxud təcili pul yığım fondundan istifadə edə bilərsiniz.

Qeyd edək ki, ABŞ-da 1900-cü ildən bəri iqtisadi tənəzzül orta hesabla 15 ay davam edib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.