Home » Android-lilər üçün şad xəbər: Google Pay indi Rabitəbank kartları üçün də aktivdir!

Android-lilər üçün şad xəbər: Google Pay indi Rabitəbank kartları üçün də aktivdir!

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Bu gündən etibarən Rabitəbank müştəriləri həm Android, həm də WearOS cihazlarında “Google Pay” xidmətindən istifadə edə biləcəklər. “Google Pay”, istifadəçilərə mağazalarda (təmassız ödənişlərin aktiv olduğu), tətbiqetmələrdə və internet üzərindən təhlükəsiz alış-veriş etmək imkanı yaradır.

Bir neçə ay öncə Apple Pay ödəmə üsulunu  müştərilərinə təqdim edən “Rabitəbank” ASC, bu dəfə sevindirici xəbəri Android əməliyyat sistemli elektron cihaz istifadə edən müştərilərinə çatdırır. Artıq fiziki kartla ödəniş dövrü geridə qaldı! Bankın müştəriləri mobil cihaz vasitəsilə təmassız ödənişin üstünlüklərindən yararlanacaqlar.

Təhlükəsizlik və məxfilik Google Pay və Google Wallet-in əsas üstünlükləridir ki, bu da çoxsaylı təhlükəsizlik təbəqələri ilə ödənişləri daha təhlükəsiz edir. Ödəniş etmək istədiyiniz yerdə təmassız ödəniş işarəsini görməyiniz kifayətdir ki, elektron cihazınızı POS-terminala yaxınlaşdıraraq ödənişi tamamlaya bilərsiniz. Google Pay-ə qoşulmaq üçün elektron cihazınıza “Google Wallet” tətbiqetməsini yükləyin, növbəti addımda + (üstəgəl) işarəsini basıb, oradakı təlimatlara əsasən Rabitəbank kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir.

Bununla yanaşı, müştərilər Google Pay vasitəsilə WearOS cihazlarına yüklənmiş tətbiqlərdə və ya internet brauzerlərində açılmış saytlarda rahat və ani alış-veriş edə bilərlər. Beləliklə, artıq qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmır.

Qeyd edək ki, Google Wallet-dən istifadə üçün telefonda Android 6.0 və daha yuxarı yeniləmə olmağı kifayətdir.

Google Pay ailəsinə qoşulmuş müştərilər Rabitəbank-ın öz kart istifadəçilərinə təklif etdiyi keşbek bonusu və endirimlərdən yararlanmağa həmişəki qaydada davam edəcəklər.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.