Home » Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir

Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Kapital Bank” ASC-nin “Birbank” mobil tətbiqində AÖS ilə köçürmə etmək imkanı yaradılıb. Bu funksionalın yaradılması nəticəsində “Kapital Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanını əldə edirlər. Eyni zamanda, “Birbank” mobil tətbiqi vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirmiş istifadəçilər “Kapital Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu ilə köçürmələri qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN və s.) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.