Home » “Apple” bu tarixdə yeni cihazlarını təqdim edəcək

“Apple” bu tarixdə yeni cihazlarını təqdim edəcək

by yunus
0 comments 0 views 1 minutes read

Texnologiya nəhəngi Apple mart ayının ilk həftəsində bir neçə yeni məhsul təqdim etməyə hazırlaşır.

BBN.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, şirkət 2–4 mart tarixləri arasında ardıcıl mətbuat açıqlamaları yayımlayaraq yeni cihazlarını ictimaiyyətə təqdim edə bilər.

Apple bu dəfə ənənəvi böyük təqdimat tədbiri əvəzinə elanları əsasən Apple Newsroom vasitəsilə paylaşmağı planlaşdırır. Bununla yanaşı, Apple Experience adlı xüsusi tədbirlər keçiriləcək. Martın 4-də baş tutacaq bu görüşlərdə iştirakçılar yeni cihazları yaxından sınaqdan keçirə biləcəklər.

Smartfon seqmentində isə yeni iPhone 17 modelinin təqdim olunacağı bildirilir. Cihazın  yeniliklərlə gələcəyi ehtimal olunur.

Həftə ərzində təqdim edilə biləcək digər cihazlar arasında iPad Air, yeni iPad modeli, həmçinin yenilənmiş MacBook Air və MacBook Pro versiyaları da var. Bu modellərin daha güclü çiplərlə təchiz olunacağı gözlənilir.

Bildirilir ki, şirkət yeni Studio Display ekranları üzərində də işləyir, lakin onların bu təqdimat dalğasında elan olunması ehtimalı azdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.