Home » “Apple” “iPhone 17″ni təqdim etdi

“Apple” “iPhone 17″ni təqdim etdi

by yunus
0 comments 2 views 1 minutes read

Apple Kaliforniyanın Kupertino şəhərində yerləşən qərargahında keçirilən xüsusi tədbirdə yeni nəsil smartfon, ağıllı saat və simsiz qulaqlıqlarını ictimaiyyətə təqdim edib.

BBN.az xəbər verir ki, şirkətin ən nazik smartfonu hesab edilən iPhone 17 keramika örtüklərlə qorunur, daha yüngül və davamlı dizayna malikdir. Yenilənmiş model süni intellekt funksiyaları, daha böyük ekran, incə çərçivə və sürətli enerji doldurma imkanı ilə seçilir. Cihaz beş rəngdə satışa çıxarılacaq.

iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri isə gücləndirilmiş performans, təkmilləşdirilmiş kamera sistemi və daha uzun batareya ömrü ilə fərqlənir. Apple Pro modelinin qiymətini artıraraq 1099 ABŞ dollarından başlayan qiymətlə təqdim edəcəyini açıqlayıb.

Yeni AirPods Pro 3 modeli səs-küyün ləğvi, ürək döyüntülərinin ölçülməsi və real vaxtda nitqin tərcüməsi kimi funksiyalarla gəlir. Onun qiyməti 249 dollar olacaq.

Digər təqdim olunan məhsullardan biri də Apple Watch Series 11-dir. Bu model yüksək qan təzyiqini izləmə funksiyası ilə fərqlənir. Apple Watch Ultra 3 isə 42 saata qədər batareya ömrü, genişləndirilmiş sağlamlıq və təhlükəsizlik imkanları ilə diqqət çəkir. Saatların qiyməti 249 dollardan başlayacaq.

Yeni iPhone modelləri və digər cihazların ilkin sifarişi bu həftənin cümə günündən etibarən 60-dan çox ölkədə açılacaq. Rəsmi satışların isə sentyabrın 19-da başlanacağı bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.