Bloomberg-in şərhçisi Mark Gurman “Apple”ın yeni addımlarından bəhs edib. Gurman, AR və VR dəstəyi olmayan ağıllı eynək bazarının Meta üçün faydalı olduğuna və Apple-ın yaxın vaxtlarda oxşar məhsulu satışa çıxara biləcəyəni bildirib.
BBN.az xəbər verir ki, Metanın Ray-Ban eynəkləri kamera, dinamik sistemi, süni intellektlə dəstəklənən köməkçi, musiqi dinləmək və zəng etmək kimi funksional xüsusiyyətlərə malikdir.
Cihazın AR və VR xüsusiyyətlərini dəstəkləməməsi Meta-ya məhsulu 299 dollar dəyərində sərfəli qiymətə satmağa imkan verdi.
Qeyd edək ki, yeni nəsil geyilə bilən texnologiya məhsullarının önümüzdəki illərdə bir çox fərqli istehsalçı tərəfindən satışa təqdim ediləcəyi gözlənilir.