Home » “Apple” yenidən dünyanın ən bahalı şirkəti olub

“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Apple” “Microsoft”u birinci yerdən kənarlaşdıraraq, dünyanın ən bahalı şirkəti olub.

BBN.az xarici mətbuata istinadən xəbər verir ki, “Microsoft” son beş ayda ilk dəfə “Apple”dan geri qalıb.

Bu, onunla əlaqədardır ki, “iPhone” istehsalçısı süni intellekt texnologiyalarında üstündür.

“Apple”ın səhmləri 2 faizdən çox artaraq 211,75 dollara yüksəlib, nəticədə şirkətin bazar dəyəri 3,25 trilyon dollar təşkil edib. “Microsoft”un bazar kapitallaşması 3,24 trilyon dollardır.

“Apple” şirkətinin səhmləri, cihazları üçün süni intellekt və proqram təminatının təkmilləşdirmələrini dəstəkləyən bir sıra funksiyaları təqdim etdikdən bir gün sonra rekord səviyyəyə yüksəlib. Bəzi analitiklərin fikrincə, bu addım “iPhone”un satışlarının artmasına kömək edəcək.

“Apple”ın illik tərtibatçılar konfransında baş direktor Tim Kuk “Siri”nin səs köməkçisinin mesajlar, elektron poçtlar, təqvim və üçüncü tərəf proqramları ilə necə qarşılıqlı əlaqə qura biləcəyini açıqlayıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.