

Müstəqil aqrar sığorta eksperti olmaq istəyən namizədlər avqustun 11-dək Aqrar Sığorta Fonduna müraciət edə bilərlər
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi üzrə aqrar sığorta ekspertlərinin hazırlanması prosesi davam edir.
Aqrar Sığorta Fondu bildirir ki, aqrar sığorta ekspettlərinin hazırlanması üzrə nəzərdə tululan təlimə böyük maraq müşahidə olunmaqdadır.
Bunu nəzərə alaraq təlimə qeydiyyat müddəti avqustun 11-dək uzadılıb.
Müvafiq ixtisaslara uyğun namizədlər təlimlərə qatılmaq üçün göstərilən tarixədək Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.
Daha ətraflı məlumatı keçiddən əldə etmək olar: https://asf.gov.az/xeberler/aqrar-sigorta-eksperti-olmaq-isteyenler-ucun-novbeti-telimler-baslayir