Home » ARMB-nin təşkilatçılığı və ABA-nın dəstəyi ilə “Dayanıqlı Maliyyə təlimi” keçirilib – Foto

ARMB-nin təşkilatçılığı və ABA-nın dəstəyi ilə “Dayanıqlı Maliyyə təlimi” keçirilib – Foto

by Aytac
0 comments 4 views 1 minutes read

20 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və “ABB” ASC-nin dəstəyi ilə ESG (Ətraf mühit, sosial və idarəetmə) risk idarəetməsinə dair “Dayanıqlı Maliyyə təlimi” keçirilib.

Təlim ARMB tərəfindən qəbul edilən və icrası davam etməkdə olan “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”nın realizasiyası çərçivəsində dayanıqlı maliyyə və ESG prinsipləri barədə məlumatlığın artırılması və potensialın gücləndirilməsi məqsədilə Ernst & Young (EY) ekspertləri ilə birgə təşkil edilib.

“Dayanıqlı Maliyyə təlimi”ndə Yol xəritəsinin birinci strateji prioriteti üzrə maliyyə institutlarının iqlim dəyişmələri və ESG riskləri sahəsində məlumatlığı və bilik-bacarıqlarının artırılması istiqaməti təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.