12 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yeni yaradılmış “Arxiv işi üzrə” İşçi Qrupunun “Zoom proqramı” üzərindən ilk onlayn iclası keçirilmişdir.
Əlavə edək ki, ABA-nın nəzdində fəaliyyət göstərən digər qrupların məqsədyönümlü və effektiv nəticəyə əsaslanan fəaliyyətini nəzərə alaraq, arxiv işinin təşkili ilə bağlı İşçi Qrupun yaradılması haqqında qərar üzv bankların təklifi əsasında verilmişdir.
İclasda bankların bu sahədə olan fəaliyyəti, sahənin yenilikləri, rəqəmsallaşma və , elektronlaşmanın tətbiqinin cari vəziyyəti, elektron sənədlərin mühafizəsi, movcud təcrübə və digər cari məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.