Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Milli Məclisin deputatı Naqif Həmzəyev arasında görüş baş tutub.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev görüşü giriş sözü ilə açaraq ötən 3 il ərzində sığorta sektorunda görülən işlər, aparılan islahatlar və əldə olunan yüksəliş nəticələri ilə bağlı məlumat verib.
Milli Məclisin deputatı Naqif Həmzəyev də öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib. Millət vəkili həmçinin sığorta xidmətlərinin vacib əhəmiyyətindən, habelə dövlətin yükünün azaldılmasında sığortanın əhəmiyyətli rolundan danışıb.
Görüşdə tərəflər gənclər arasında sığorta maarifləndirməsi işlərinin təşkili, o cümlədən gənclərin sığortaya bu və ya digər formada cəlb olunması istiqamətləri ətrafında da fikir mübadiləsi aparıb. ASA-nın təklif etdiyi “Sığortalı Gələcək” layihəsində birgə əməkdaşlıqla bağlı razılıq əldə olunub.