
ABŞ-da süni intellekt (AI) sektorunda yaşanan eniş dalğası və qazanc hesabatlarından sonra yaranan gərginlik Asiya bazarlarına sərt şəkildə sıçrayıb. Cənubi Koreya və Yaponiya başda olmaqla regionun aparıcı birjalarında kəskin ucuzlaşma qeydə alınıb. Qlobal miqyasda texnologiya nəhənglərinin səhmlərində müşahidə olunan satış təzyiqi fonunda Cənubi Koreyanın “KOSPI” indeksi 4%-dən çox geriləyib, “SK Hynix” 8%-dən, “Samsung Electronics” isə 5%-dən artıq dəyər itirib. Eyni zamanda, Honq-Konq bazarında sığorta şirkətlərinin səhmləri Çinin yeni vergi tənzimləmələri fonunda kəskin eniş yaşayıb. Analitiklər bunu investorların son artımlardan sonra mənfəət götürmək üçün kütləvi satışlara start verməsi ilə izah edirlər.




