Home » Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

by Aytac
0 comments 1 views 1 minutes read

İqtisadiyyat Nazirliyində Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru ilə görüşdə infrastruktur, nəqliyyat və enerji layihələri üzrə tərəfdaşlıq imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.

Görüşdə ölkəmizin Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda yaşıl enerjinin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.