Home » Audi avtomobillərini geri çağırır

Audi avtomobillərini geri çağırır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Alman avtomobil nəhəngi “Audi” 100 mindən çox avtomobilini geri çağırıb. Buna əsas səbəb kimi avtomobillərin hava yastıqlarının təchizatının “Takata” şirkəti tərəfindən həyata keçirilməsi və daha sonra “Takata” şirkətinin hava yastıqlarında defekt aşkarladığını açıqlamasını göstərirlər.

Defektli avtomobillərə 2000-2001-ci illərə aid “TT Roadster”, 2000-ci ilə aid “TT Coupe”, 1998-ci ilə aid “A8” və 1998-2000-ci illərə aid “A6” və “A8” modelləri daxildir.

Ana şirkət olan “Volkswagen AG” defektli avtomobil sahiblərini mart ayına qədər xəbərdar edəcəyini açıqlayıb. Lakin, əvəzlənmə üçün yetərli ehtiyat hissələr olmadığından prosesin uzana biləcəyi ehtimalını qeyd edib.

Qeyd edək ki, “Takata” şirkətinin təchiz etdiyi hava yastıqlarının defekti səbəbindən ümumilikdə 25 ölüm və 300 yaralanma hadisəsi qeydə alınıb. Bu səbəbdən “Toyota”, “Honda”, “BMW”, “Ferrari”, “Ford”, “Subaru” kimi 20-yə yaxın beynəlxalq avtomobil brendləri avtomobillərini geri çağırmağa məcbur olublar

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.