

5 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə iki tənzimləyici qurum arasında gələcək əməkdaşlıq perspektivləri, telekommunikasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə fəaliyyət, telekommunikasiya və audiovizual media subyektlərinin fəaliyyətinin tənzimlənməsi sahəsində, habelə audiovizual yayım üçün ayrılan radiotezliklərin istifadəyə ayrılması istiqamətində zəruri kommunikasiyanın qurulması kimi məsələlər müzakirə olunub.