Home » Avropa bazarında ən çox satılanlar elektriklə işləyən avtomobillər olub

Avropa bazarında ən çox satılanlar elektriklə işləyən avtomobillər olub

by bbnadm
0 comments 4 views 1 minutes read

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2021-ci ilin üçüncü rübü üçün Avropanın avtomobil bazarı göstəricilərini açıqlayıb. Hesabatda əsas gözəçarpan məqam elektriklə işləyən avtomobil satışının ötən ilin cari rübünə nisbətdə 56.7% artaraq 212 min 582 ədədə çatması və Avropa Birliyi (EU) regionu üzrə 9.8%-lik bazar payına yiyələnməsi olub.

Ümumilikdə istifadəsində elektrikdən istifadə edilən (elektromobil, hibrid, taxıclı hibrid) avtomobillərin  ümumi sayı 859 min 388 ədədə yüksəlib və bazarda 39.6% ilə ən çox satılan avtomobil növü olub. . Geri qalan bazar payının 39.5%-i benzinli, 17.6%-i dizellə işləyən, 3.3%-i isə digər avtomobillərin payına düşüb.

Əsas geriləmə isə dizellə işləyən avtomobillərdə qeydə alınıb. Belə ki, üçüncü rübdə dizel mühərrikli avtomobil satışı 50.5% azalaraq 381 min 473 səviyyəsinə geriləyib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.