Home » Böyük Britaniyada işsizlik səviyyəsi 4,9%-ə düşüb

Böyük Britaniyada işsizlik səviyyəsi 4,9%-ə düşüb

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniyada işsizlik səviyyəsi 4,9%-ə düşüb.

BBN.az xəbər verir ki, İngiltərədə işsizlik 2025-ci ilin dekabrı ilə 2026-cı ilin fevralını əhatə edən üç aylıq dövrdə 4,9 faizə enib.

“İngiltərə Milli Statistika Ofisi” (ONS) həmin dövr üzrə əmək bazarına dair məlumatları açıqlayıb. Məlumatlara əsasən, qeyd olunan müddətdə ölkədə işsizlik səviyyəsi rüblük müqayisədə 0,2 faiz azalaraq 4,9 faizə düşüb.

Eyni dövrdə ölkədə çalışanların bonuslar istisna olmaqla müntəzəm maaşları illik 3,6 faiz artıb, bonuslar daxil olmaqla ümumi əməkhaqqı artımı isə 3,8 faiz təşkil edib.

ONS-in İqtisadi Statistika üzrə direktoru Liz MakKiuen məlumatları şərh edərkən bildirib ki, müntəzəm maaşlardakı artım son 5 ilin ən aşağı səviyyəsinə enib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.