Avropa bazarları da aşağı açılıb

Cümə axşamı, bu gün Avropa bazarları aşağı açılıb, buna səbəb isə investorların ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Jerome Powell-dən gələn gələcək faiz artımları ilə bağlı şərhləri olub. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu gün FTSE 100; 0.84%, DAX 0.55%, CAC 40 Index 0.66%, FTSE International 1.20% daha aşağı açılıb.

Qeyd edək ki, FED-in cari il üçün 2-ci iclası martın 21-22-də baş tutacaq, əlavə edək ki, Jerome Powell bildirib ki, ABŞ-da faiz dərəcələrinin artımı gözləniləndən (proqnoz 0.25% yönündə idi) çox ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır