Avropa Komissiyası işçilərinə TikTok-dan istifadəni qadağan edir

Avropa Komissiyası kibertəhlükəsizlik ilə bağlı olaraq rəsmi qurğularda TikTok-u qadağan edib. Bu qərar isə şirkət tərəfindən kəskin tənqid edilib. Martın 15-dək Komissiyanın bütün işçiləri Çinin ByteDance şirkətinə məxsus olan qısa videolar platforması olan TikTok tətbiqini silməlidirlər.  CNN Business nəşri yazır ki, söhbət isə iş cihazlarından və Komissiya tətbiq və xidmətlərindən istifadə edən hər hansı şəxsi cihazlardan gedir. Avropa Komissiyası Avropa İttifaqının aparıcı qurumudur və 32.000-dən çox işçisi vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır