Avropa Mərkəzi Bankı 1990-cı illərdəki valyuta böhranı dərslərini unutmaqdadır

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avrozonaya daxil olan ölkələrin istiqraz gəlirliyini qorumaq üçün tezliklə yeni aləti elan edəcək.

BBN.az Reuters nəşrinə istinadən yazır ki, bunu etmək üçün o 2 açar sualın cavabına istiqamətlənməlidir.

AMB bir ölkənin borlanma xərclərinin iqtisadi vəziyyət ilə əsaslandırılmayan səviyyəyə çatdığını necə müəyyən edəcək və bununla bağlı Mərkəzi Bank nə edəcək?. Əgər Laqardın qitənin keçmiş valyuta məzənnəsi böhranlarını nəzərdən keçirməyə vaxtı varsa, o çox konkret olmaqdan çəkinməlidir. 

1990-ci illərin əvvəllərində Mərkəzi Banklar və Maliyyə nazirləri spekulyativ hücumlar haqqında çətin yoldan keçərək öyrəndilər. Avronun dövriyyəyə buraxılmasından öncə, Avropa ölkələri qismən sabit valyuta məzənnələrini saxlayırdılar. Onların valyutaları müəyyən səviyyədən 2,25% yuxarı və ya aşağı hərəkət edə bilərdi. Maliyyə gərginliyi zamanı isə Mərkəzi Banklar məzənnəni qorumaq üçün müdaxilə edərdilər. 

Avronun gəlişi ittifaq daxilində məzənnə böhranları riskini dayandırdı, amma dərslər isə qalır. Spekulyativ hücumların qarşısını almağın üçün qeyri-müəyyən və çevik olmaq daha yaxşıdır. 

Bu ilin əvvəlində aktiv alış proqramlarını dayandırmağa qərar verməsədi, Laqard daha yaxşı vəziyyətdə olardı. Onun ən yaxşı seçimi 1990-cı illərdəki dərsləri xatırlamaq və növbəti addımlar haqqında detalları mümkün qədər qeyri-müəyyən saxlamaqdır. 

Qeyd etmək yerinə düşər ki, dollar avro qarşısında dəyər qazanmağa davam edir. 1 avro=1.02 dollardır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır