Home » Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini artırdı

Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini artırdı

by bbnadm
0 comments 0 views 1 minutes read

2023-cü il fevralın 2-də, cari il üçün ilk dəfə Avropa Mərkəzi Bankı əsas faiz dərəcələrini daha 0.5% artırıb və depozit faiz dərəcələrini 2.5%-ə, əsas kredit faiz dərəcələrini isə 3%-ə çatdırıb.

BBN.az Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde-nin rəsmi LinkedIn profilinə istinadən xəbər verir ki, o, deyib ki, “mətbuat konfransında regionda 2%-lik inflyasiya hədəfinə çatmağın vacibliyini vurğuladıq. Faiz artımları da bizim hədəflərimizə çatmağa hesablanıb”. 

“Qiymət təzyiqi çox güclüdür, çünki yüksək enerji qiymətləri bütün iqtisadiyyata təsir edib”, – deyə prezident mətbuat konfransında çıxışı zamanı bildirib. 

Çərşənbə axşamı Avrozona ilə bağlı statistik rəqəmlər göstərib ki, regionda inflyasiya azalsa da yenə də ən yüksəkdə 8.5%-dir. 

Qeyd edək ki, ekspertlər Avropa Mərkəzi Bankı tərəfindən martda daha 0.5%-lik bir artımın olacağını təxmin edirlər. Əlavə edirlər ki, bank əsas faiz dərəcələrini 3-3.5-ə çatdıracaq. 2022-ci ildə isə qurum tərəfindən ardıcıl olaraq 4 dəfə faiz artımlarına gedilmişdi. Artımlardan sonra region 2014-cü ildən bəri ilk dəfə neqativ ərazi kimi qiymətləndirilmişdi. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.