Home » Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ilk dəfə olaraq kütləvi təklif üsulu ilə manatda istiqraz yerləşdirib

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ilk dəfə olaraq kütləvi təklif üsulu ilə manatda istiqraz yerləşdirib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Mənbə: Mərkəzi Bank

1 oktyabr, 2025-ci il, Bakı: Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.

Ümumi məbləği 50 milyon manat və tədavül müddəti 1 il olan istiqrazların yerləşdirməsi bu gün baş tutub. Yerləşdirmə zamanı 12 investor tərəfindən təqdim edilmiş müştəri sifarişlərinin ümumi həcmi 55,2 milyon manat təşkil etməklə ümumi yerləşdirmə məbləğini üstələyib.

Bu istiqraz buraxılışı Azərbaycanın kapital bazarında maliyyə alətlərinin diversifikasiyasına, investorların bazara etimadının güclənməsinə, yerli bazardan maliyyələşmə təşəbbüslərinin artmasına, ölkəmizin maliyyə bazarlarının dərinləşməsinə və ümumilikdə kapital bazarının inkişafına mühüm töhfə verəcəkdir. Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafı istiqamətində atılan strateji addımlar bundan sonra da nüfuzlu beynəlxalq təşkilatları və digər emitentləri cəlb etməklə Azərbaycan iqtisadiyyatının maliyyələşdirilməsinə və dayanıqlı iqtisadi artıma dəstək göstərəcəkdir.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.