Avropada avtomobil satışları azalıb

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci ilin yanvar ayı üçün Avropanın avtomobil bazarı göstəricilərini açıqlayıb. Hesabatda əsas gözəçarpan məqam  avtomobil satışlarının  ötən aya (139.2 min) nisbətdə 11%-dən çox geriləyərək 125 min 292 səviyyəsinə enməsidir. Avtomobil satışlarında geriləmə dekabr (-8.4%), noyabr (-14.7%) və oktyabr aylarında da (-16.4%) qeydə alınıb.

Avropa Birliyinə daxil olan əksər ölkələrdə avtomobil satışlarında ikirəqəmli faizdə geriləmə qeydə alınsa da, Avstriya (-39.4%) və Belçika (-39.2%) bazarlarında vəziyyət daha kritikdir. Avtomobil satışlarında artımın ən yüksək olduğu ölkələr isə Latviya (56.3%) və Xorvatiya (30.7%) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır