Home » Avropada avtomobil satışları üç ilin ən aşağı həddinə düşüb

Avropada avtomobil satışları üç ilin ən aşağı həddinə düşüb

by yunus
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Ötən ay Avropa İttifaqında (Aİ) avtomobil satışları son 3 ilin ən aşağı səviyyəsinə düşüb.

BBN.az xəbər verir ki, Avropa Avtomobil Sənayesi Assosiasiyasının cümə axşamı açıqladığı məlumatlara görə, Avropa İttifaqında (Aİ) yeni avtomobil satışları 18,3 faiz azalaraq son üç ilin ən aşağı səviyyəsinə düşüb.

Bu azalmada əsas səbəb kimi aparıcı bazarlar olan Almaniya, Fransa və İtaliyada müşahidə olunan ikirəqəmli itkilər göstərilib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqlamasına görə, İttifaqın ən böyük elektrik avtomobili bazarları Almaniya və Fransada müvafiq olaraq 68,8 faiz və 33,1 faiz azalma qeydə alınıb.

Avqustda tamamilə elektriklə işləyən avtomobillərin satışı 43,9 faiz azalıb ki, bununla da ardıcıl dördüncü ayda da azalma qeydə alınıb.

Sözügedən dövrdə akkumulyatorla işləyən və plug-in hibrid avtomobil satışları müvafiq olaraq 43,9 faiz və 22,3 faiz azaldığı halda, hibrid elektrik avtomobil satışı 6,6 faiz artaraq 31,3 faiz bazar payına çatıb.

Avropanın üç ən böyük avtomobil istehsalçısı olan “Volkswagen”, “Stellantis” və “Renault”da satışlar bir il əvvələ nisbətən müvafiq olaraq 14,8 faiz, 29,5 faiz və 13,9 faiz azalıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.