Avropa Birliyinə daxil olan ölkələrdə yanvar ayı üçün ortalama illik inflyasiya 1.7% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.5% olub. Avrozona ölkələri üçün isə yanvar ayının illik inflyasiya rəqəmi isə 2019-cu ilin dekabr ayına nisbətdə 0.1% azalaraq 1.4% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Rumıniya (3.9%) və Macarıstanda (4.7%), ən aşağı göstərici isə İtaliyada (0.4%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün və yeyinti sektorları olub.