Home » Azərbaycan Bank Tədris Mərkəzinin 20 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərə start verilib

Azərbaycan Bank Tədris Mərkəzinin 20 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərə start verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci il Azərbaycan Banklar Assosisiyasının 30 illik və onun törəmə qurumu Azərbaycan Bank Tədris Mərkəzinin 20 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində “D.I.S.C. stilində səhər” mövzusunda tədbir keçirildi.

ABTC 2012-ci ildən etibarən “Thomas International” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olaraq biznes yönümlü psixometrik qiymətləndirmə sahəsində xidmətləri təqdim edir. Bu xidmətlər D.I.S.C. tipologiyası üzrə təlim və məsləhət xidmətlərini, o cümlədən beynəlxalq “Certified PPA Practitioner” sertifikasiyasını və onlayn platformada yerləşən qiymətləndirmə alətlərini əhatə edir. Ötən illər ərzində 10-dan çox bank, sığorta şirkəti və real sektor müəssisələri bu xidmətlərdən faydalanıblar, 1000 nəfərdən artıq insan qiymətləndirmələrdə iştirak edib.  

Toplanmış təcrübə ilə bölüşmək və qiymətləndirmə xidmətlərində yenilik və perspektivləri ilə tanış olmaq məqsədi ilə 21 fevral 2020-ci il tarixində “D.I.S.C. stilində səhər” yeməyi təşkil olunub. Ölkənin bir sıra qabaqcıl bank və sığorta şirkətləri “PAŞA Bank” ASC, “Kapital Bank” ASC, “Unibank” ASC, “Yello Bank” ASC, “Expressbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Paşa Həyat Sığorta”, habelə iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən təşkilatları “Azerconnect” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “OMG International” şirkətlər qrupu, “Bravo Supermarket Azərbaycan” şəbəkəsinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri iştirak etmişdir və bu sahədə təcrübələrini bölüşmüşlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.