![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Avrozonaya daxil olan ölkələrdə noyabr ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 7.2% olub. Qeyd edək ki, oktyabr ayında bu göstərici 7.3% olub. Avropa Birliyi ölkələri üçün isə noyabr ayına olan işsizlik göstəricisi oktyabr ayına nisbətdə 0.2% azalaraq 6.5% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək işsizlik göstəriciləri Yunanıstan (13.4%) və İspaniyada (14.1%), ən aşağı göstərici isə Çexiyada (2.2%) qeydə alınıb.
Amerika Birləşmiş Ştatlarında isə sözügedən dövrdə işsizlik göstəricisi 4.6%-dən 4.2%-ə enib.