Home » Avropada kripto-debit kartları istifadəyə verilir

Avropada kripto-debit kartları istifadəyə verilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Bununla belə, ildən ilə kriptovalyutadan istifadə daha geniş məcrada yayılmağa davam edir. Ən sıx istifadənin müşahidə olunduğu regionlardan biri də Avropadır.

Avropa ölkələrində kriptovalyutadan istifadənin asanlaşdırılması məqsədilə daha bir innovativ layihəyə imza atılıb. Kanada mərkəzli ödəniş texnologiyaları şirkəti “Nuvei” Avropa Birliyinə daxil olan ölkələrdə və Böyük Britaniyada istifadəsi mümkün olan kriptovalyuta debit plastik kartları buraxıb. Törəmə qurumu olan “Simplex” vasitəsilə buraxılan bu kartlarda müxtəlif ənənəvi valyutalarla yanaşı, kriptovalyutalarda da vəsait saxlamaq və istənilən zaman çevirmək mümkündür.

Qeyd edək ki, “Simplex” şirkətinin hazırki bazar dəyəri 250 milyon dollardan yüksəkdir və sözügedən “crypt-to-fiat” plastik kartlarının hazırlanması prosesi “Visa” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.