Home » ABŞ “VTB Bank”ın Avropadakı törəməsini sanksiyalardan çıxarıb

ABŞ “VTB Bank”ın Avropadakı törəməsini sanksiyalardan çıxarıb

by yunus
0 rəy 1 baxış 0 dəqiqə oxuma

ABŞ VTB Bankın Avropadakı törəmə bankını sanksiyalardan çıxarıb.

BBN.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bildirib. Məlumata görə, Ost-West Handelsbank Rusiyaya qarşı sanksiyalardan çıxarılıb. Bundan başqa, bankın əvvəlki adları – “VTB Bank Europe” və “VTB Bank Deutschland” da sanksiyalar siyahısından çıxarılıb.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində yerləşən Rusiya bankı VTB-nin Avropa filialının adını VTB Bank Europe-dan Ost-West Handeslbank (OWH SE) olaraq dəyişəcəyini bildirmişdi. Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra VTB Bank Europe əmanətçiləri əsasən vəsaitlərini geri götürdülər və bank Almaniya tənzimləyicilərinin nəzarətinə keçdi.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.