Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) yanvar ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2019-cu ilin dekabr ayına nisbətdə Avrozonada (19 ölkə) 2.3%, Avropa Birliyi ölkələrində isə 2.0% artıb.
2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisə etdikdə isə, Avropa Birliyi ölkələrində isə bu göstəricinin 1.5%, Avrozona ölkələrində isə 1.9% gerilədiyini müşahidə edə bilərik.
Dekabr ayına nəzərən sənaye istehsalında ən böyük artım İrlandiyada (5.7%), ən böyük geriləmə isə Danimarkada (-2.1%) qeydə alınıb.