Avropada ÜDM və məşğulluq azalıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) periodik olaraq yayınladığı hesabata əsasən 2020-ci ilin birinci rübündə məşğulluq səviyyəsi ötən rübə nisbətdə həm Avrozona ölkələrində, həm də Avropa Birliyi (Aİ) ölkələrində 0.2% azalıb.

ÜDM göstəricisi isə ötən rüblə müqayisədə Avrozonada 3.8%, Avropa Birliyində isə 3.3% geriləyib.

Sözügedən dövrdə ÜDM artımının ən çox müşahidə olunduğu ölkə 0.3% ilə Rumıniya, ən böyük azalma isə -5.8% ilə Fransa olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır