Home » Avrozonada illik inflyasiya azalıb

Avrozonada illik inflyasiya azalıb

by bbnadm
0 comments 0 views 0 minutes read

Avropa Birliyinə daxil olan ölkələrdə dekabr ayı üçün ortalama illik inflyasiya 1.6% olub. Qeyd edək ki, 2018-ci ilin müvafiq ayında da bu göstərici 1.6% olub. Avrozona ölkələri üçün isə dekabr ayının illik inflyasiya rəqəmi isə 2018-ci ilin dekabr ayı ilə nisbətdə 0.2% azalaraq 1.3% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Macarıstan (4.1%) və Rumıniyada (4.0%), ən aşağı göstərici isə Portuqaliyada (0.4%) qeydə alınıb.

Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün və yeyinti sektorları olub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.