Home » “Avrozonada yeni rekord inflyasiya Mərkəzi Bank üçün Halloween kabusudur”

“Avrozonada yeni rekord inflyasiya Mərkəzi Bank üçün Halloween kabusudur”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avrozonada inflyasiya rekorda çatıb, iqtisadi inkişaf kəskin yavaşlayıb.

Daha öncədən də bildirdiyimiz kimi bazar ertəsi günü Avropanın statistika komitəsi Avrozonanın iqtisadi mənzərəsini əks etdirən rəqəmləri açıqlayacaqdı.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Komitə tərəfindən açıqlanan ilkin hesabata, əsasən oktyabrda illik inflyasiya 10.7%-ə çatıb. Bu isə aylıq ən rekord rəqəm hesab edilir. Yüksək göstəricilər regionda yaşam xərclərinin artmasından dolayı yaranan böhranın daha kəskin olduğunu nümayiş etdirir. Nəticədə Avropa Mərkəzi Bankı üzərində daha çox təzyiq yaranır. 

Avropa İttifaqına daxil olan 19 üzv yüksək qiymətlər ilə mübarizə aparır, xüsusilə son 12 ayda enerji, ərzaq bura daxildir. Lakin yüksək qiymətlər Rusiyanın Ukraynaya hücumundan, yəni fevraldan öncə artmağa başlayıb.

“İnflyasiya oktyabrda yenə yüksəlib, bu isə Avropa Mərkəzi Bankı üçün müvafiq Halloween kabusudur”, – Pantheon Macroeconomics-də çalışan analitiklər deyiblər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.