İlkin data-lara əsasən 2022-ci ilin IV rübündə Avrozonanın iqtisadiyyatı iqtisadi tənəzzül qorxularına rəğmən 0.1% inkişaf nümayiş etdirib.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, ötən ilin müəyyən rübündə enerji qiymətləri aşağı salınıb. Bu isə Avrozonanın iqtisadi performansı üçün bir rahatlıq hesab edilirdi.
Ötən ilin III rübündə isə regionda Ümumi Daxili Məhsul (ÜDM) 0.3% olmuşdu. 2022-ci ilin sonuncu rübündə isə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada kiçilmə isə 0.2% olub. Bəzi analitiklər isə rəsmi Berlinin iqtisadi tənəzzülə gedəcəyini proqnoz edirlər.
Bu gün araşdırma şirkəti Kantar-dan bildirilib ki, Böyük Britaniyada isə supermarket qiymət inflyasiyası 2022-ci ilin son 4 həftəsində pikə 16.7%-ə çatıb və ötən ayla müqayisədə 2.3% artıb.