Home » Avstraliya “fintech” sahəsinə dəstəyini artırıb

Avstraliya “fintech” sahəsinə dəstəyini artırıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Avstraliya hazırki dövrdə dünyada “fintech” sektorunun ən sürətlə inkişaf etdiyi ölkələrdəndir. Hazırda, yerli şirkətlər və xarici şirkətlərin yerli nümayəndəlikləri də daxil olmaqla ölkədə ümumi 260-dan çox maliyyə texnologiyaları şirkətləri fəaliyyət göstərir. Pandemiyadan ən az təsirlənən sektorlardan olan “fintech” sektorunun iştirakçılarından bəziləri hətta Cənub-Şərqi Asiya və Okeaniya bazarına da daxil ola bilib.

“Fintech” sahəsinin ölkədə məşğulluğun artmasına böyük töhfə verməsini nəzərə alaraq, Avstraliya hökuməti daim bu sektora dəstək göstərib. Belə ki, Scott Morrison rəhbərliyi altında fəaliyyət göstərən bu hökumətin Birləşmiş Krallıq ilə “Fintech Körpüsü Razılaşması” (Fintech Bridge Agreement) müqaviləsini imzalaması ingilis şirkətlərin ölkədə maliyyə texnologiyaları sektoruna rekord məbləğdə investisiya qoymasına gətirib çıxarıb. Bununla yanaşı, Avstraliya və Sinqapur arasında da Rəqəmsal İqtisadiyyat Razılaşması (Digital Economy Agreement) imzalanıb. Hazırda, hökumət “fintech” şirkətlərin xarici bazarlara çıxışını asanlaşdırmaq üçün “rəqəmsal qlobal ticarət” qanun layihəsini müzakir edir.

Məlumat üçün qeyd edək ki, EY tərəfindən tərtib edilən “FinTech Australia Census 2021” hesabatına əsasən, maliyyə texnologiyaları şirkətlərinin 82%-indən çoxunda kapital və investisiya artımı proqnozlaşdırılandan artıq olub. Ümumilikdə isə, Avstraliya “fintech”lərinin 14%-i 2020-ci il ərzində 100 milyon dollardan artıq vəsait cəlb edib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.