Bu gün Avstraliyanın Mərkəzi Bankı qlobal trendi qırıb və faiz artımı cəmi 0.25% olub bu isə bazarın gözləntilərinin yarısıdır.
BBN.az ölkənin mətbuatına istinadən xəbər verir ki, bu onu göstərir ki, hökumət əyləci bərk sıxmaqdan və qlobal yavaşlama fonunda ölkəni iqtisadi tənəzzülə aparmaqdan ehtiyat edib.
Nəticədə 0.25%-lik artımdan sonra hazırda ölkədə faiz dərəcələri 2.35%-dən 2.60%-ə yüksəlib. Mərkəzi Bankın bu qərarı isə 2013-cü ildən bəri ən yüksəyi hesab edilir. Yeni artım istehlak kreditlərdən tutmuş, ipoteka kreditlərinə qədər təsir edəcək və müştərilər üçün borc almaq daha bahalı olacaq.
Mərkəzi Bankın rəsmi saytında yer alan məlumata, əsasən ölkədə inflyasiya 6.1%-dir, hökumətin planı isə bu rəqəmi 2-3%-ə çatdırmaqdır. Kiçik faiz artımı qərarına baxmayaraq, Bankdan qeyd ediblər ki, bu il ölkədə inflyasiya 7.75%-ə, 2023-cü ildə 4%-ə, 2024-də isə 3%-ə çatacaq.
Yuxarıdakı faiz artımı qərarından sonra Avstraliya dolları 0.6510 ABŞ dollarından 0.6451-ə düşüb. Sidney ASX 200 indeksi isə 3.8% artıb.
Bank 2022-ci ildə faiz dərəcələrini isə 6 dəfə artırıb.