0

BBN.az xəbər verir ki, Nazirlər Kabineti “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin istifadəsinə dair 25 yanvar 2007-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Fondun vəsaitləri artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, həmçinin ianələr, qrantlar və qanunla qadağan edilməyən digər gəlirlər hesabına da formalaşdırılacaq.




