2

“Azər-Türk Bank” ASC-nin nizamnamə kapitalı artırılaraq 79 milyon manatdan 100,5 milyon manata çatdırılıb.
1995-ci ildə yaradılan “Azər-Türk Bank”ın səhmləri aşağıdakı kimi bölüşdürülür:
-
51 % – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR),
-
24 % – Azərbaycan hökuməti adından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,
-
12,4 % – Türkiyənin “Ziraat Bank”ı,
-
1,1 % – “Ziraat Bank International”,
-
6,5 % – “AzRe Təkrarsığorta” ASC,
-
5 % – “Qala Həyat Sığorta” ASC.







