“2022-ci il üzrə tədiyə balansına əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib. Cari əməliyyatlar balansında 23.5 mlrd.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 mlrd.$ kəsir yaranıb, ehtiyat aktivləri 9.4 mlrd.$ artıb”.
Bu haqda Azərbaycan Mərkəzi Bankının “Tədiyə Balansı üzrə statistik bülletenində” məlumat verilib.
Qeyd edilib ki, bu dövrdə xam neftin orta qiyməti 104$/barel olub, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 mlrd.$ səviyyəsində formalaşıb.