3
Sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib.
BBN.az AMB-yə istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,2% çoxdur.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,5%, son 1 ildə isə 25,8% artıb.