Home » Azərbaycan şərabları Avstriyada təqdim olunub

Azərbaycan şərabları Avstriyada təqdim olunub

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sərgi ziyarətçilərinə Azərbaycanın şərabçılıq tarixi, sektorun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında məlumat verilib.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tərəfindən 25-27 may tarixlərində Azərbaycan şərabları ilk dəfə Avstriyanın ən böyük şərab sərgisi olan “VieVinum 2024″də nümayiş etdirilib.

Sərgidə Azərbaycanın 5 şərab istehsalçısının müxtəlif brendli şərabları ziyarətçilərə təqdim edilib.

Sərginin əsas ziyarətçiləri Avstriya, Macarıstan, Çexiya, Almaniya, Slovakiya və digər ölkələrdən olan şərab distributorları, şərab evlərinin sahibləri, şərab biliciləri (sommelier), HoReCa (hotel, restoran, keytrinq) nümayəndələri, üzümçülük və şərabçılıq üzrə təhsil alan tələbələr, tədqiqatçılar, şərablar üzrə məqalə müəllifləri, şərab turları təşkilatçıları olub.

Ziyarətçilərə Azərbaycanın şərabçılıq tarixi, hazırda şərabçılıq sektorunun inkişafı, yerli üzüm növləri, təqdim olunan şərablar və istehsalçılar haqqında geniş məlumat verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.