Home » Azərbaycanda borclanma yalnız maliyyə imkanlarına uyğun olmalıdır

Azərbaycanda borclanma yalnız maliyyə imkanlarına uyğun olmalıdır

by yunus
0 comments 0 views 0 minutes read

Azərbaycanda vətəndaşların borclanması yalnız real ehtiyaclara və maliyyə imkanlarına uyğun şəkildə həyata keçirilməlidir.

BBN.az xəbər verir ki, bu fikirləri Şahin Mahmudzadə səsləndirib.

O bildirib ki, borclanmanın azalması əsas məqsəd deyil: “Kreditləşmə iqtisadiyyat üçün vacibdir, lakin bu proses sağlam əsaslar üzərində və müəyyən limitlər daxilində aparılmalıdır. Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunan bütün maliyyə və kapital alətləri insanların yalnız ödəmə qabiliyyətlərinə uyğun borclanmalarını təmin etməyə yönəlib”.

Ş.Mahmudzadənin sözlərinə görə, hazırda kreditləşmə ilə bağlı riskli və gözlənilməz vəziyyət müşahidə olunmur: “Region ölkələri ilə müqayisədə Azərbaycanda borclanma səviyyəsi aşağıdır və əhalinin həddindən artıq borclandığını söyləmək düzgün olmaz”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.