Home » Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manat yaxın olub.

BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9% artaraq 1,5 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14,7% artaraq 83 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1% artaraq 62,9 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,1% artaraq 403,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3% artaraq 286,3 milyon manat olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.