Home » Azərbaycanın dövlət borcu 24,5 milyard manata yaxınlaşıb

Azərbaycanın dövlət borcu 24,5 milyard manata yaxınlaşıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 24 milyard 464,7 milyon manat təşkil edib ki, bu da cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 18,7 %-nə bərabərdir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % azdır.

Dövlət borcunun strukturuna gəldikdə, 4 milyard 689,3 milyon ABŞ dolları (7 milyard 971,8 milyon manat) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,1 %-ni təşkil edir. Daxili dövlət borcu isə 16 milyard 492,9 milyon manat olmaqla ÜDM-in 12,6 %-nə bərabərdir. Hər iki istiqamət üzrə borc həcmi illik müqayisədə müvafiq olaraq 7,6 % və 8,4 % azalıb.

Məlumata görə, 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri üçün 2 milyard 457,6 milyon manat vəsait nəzərdə tutulub.

Hesabat dövründə, yəni ilin birinci rübündə daxili borc üzrə 132,5 milyon manat (faiz ödənişləri), xarici borc üzrə isə 391,7 milyon manat ödənilib. Xarici borc üzrə ödənişlərin 269,5 milyon manatı əsas borcun, 122,2 milyon manatı isə faizlərin payına düşüb. Ümumilikdə isə dövlət borcuna xidmət üzrə 524,2 milyon manat vəsait yönəldilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.