Home » Azər Türk Bank JCB International şirkəti ilə tərəfdaşlığa başladı

Azər Türk Bank JCB International şirkəti ilə tərəfdaşlığa başladı

by anar
0 comment 1 views 0 minutes read

Dövlət bankı Azər Türk Bank Yaponiyanın JCB (Japan Credit Bureau) International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı.

Bu ödəniş sisteminə aid kartlar vasitəsilə ölkədə Banka aid ATM-lərdə əməliyyatlar və POS-terminallar vasitəsilə ödənişlər mümkün olacaq.

JCB brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edəcəkdir.

Qeyd edək ki, JCB bank kartlarının emissiyası üzrə ixtisaslaşmış dünya şirkətlərinin beynəlxalq reytinq siyahısında ilk 5-liyə daxildir. 60 ildən çoxdur bu sahədə fəaliyyət göstərən şirkətin müxtəlif ölkələrdə 158 milyon kart müştərisi var. Şirkət kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.