Home » Azər Türk Bank SWIFT GPI xidmətinə qoşuldu

Azər Türk Bank SWIFT GPI xidmətinə qoşuldu

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Dövlət Bankı Azər Türk Bank Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) qlobal ödənişlərdə yeni standart olan SWIFT GPI servisinə qoşulmuşdur.

Bu xidmət vasitəsilə Bank SWIFT sistemi üzərindən icra edilmiş köçürmələr üzrə ətraflı məlumatların öyrənilməsi, o cümlədən köçürmə zamanı mərhələlərin izlənməsi, köçürmənin statusu, köçürmə zəncirində ödəniş prosesinə sərf olunan vaxt, həmçinin bu prosesin sürətləndirilməsi, xidmət haqqı barədə bilgiləri tam şəffaflıqla əldə etmək imkanına malik olur. Bu da operativliyin artırılmasını və ödənişlərin tam təhlükəsizliyini təmin edir.

GPI servis Bankın korporativ müştərilərinin istifadəsində olan “atb Business” internet bankçılıq moduluna tətbiq edilmişdir ki, bu da sahibkarlara yeni xidmətin üstünlüklərindən faydalanmaq imkanı verəcəkdir.

Xidmətdən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, heç bir komissiya ödəmədən həm biznes, həm də əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəriləri sırasına qatıla bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.