Home » Azərbaycan “AD Ports” ilə biznes və investisiya imkanlarını müzakirə edib

Azərbaycan “AD Ports” ilə biznes və investisiya imkanlarını müzakirə edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Limanlar Qrupu (“AD Ports”) arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə müzakirə aparılıb.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin Əbu-Dabi Limanlar Qrupunun (“AD Ports”) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi arasında keçirilən onlayn görüşü zamanı məlum olub.

Görüşdə Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi, xüsusilə ticarət, investisiya və digər sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb. İqtisadi-ticarət əlaqələrinin inkişafında hər iki tərəfdən birgə təşəbbüslərin mühüm rolu qeyd edilib və bu baxımdan “AD Ports”un yeni əməkdaşlıq münasibətlərinin qurulması yönündə səyləri müsbət qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Xəzər dənizi hövzəsində həyata keçirilən layihələr üzrə birgə əməkdaşlıq üçün geniş imkanlar var və bu sahədə işgüzar dairələrin fəal iştirak etməsi önəmlidir.

Görüşdə “AD Ports” ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, nəqliyyat-logistika, biznes və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinə məxsus olan “AD Ports” şirkəti 2006-cı ildə yaradılıb, dənizçilik, limanlar, iqtisadi və azad ticarət zonaları, logistika, rəqəmsal həllər istiqamətləri üzrə fəaliyyət göstərir. Regionun logistika, sənaye və ticarət sahələri üzrə əsas vasitəçilərindən olan “AD Ports” şirkəti Orta Dəhliz ölkələri ilə fəal əməkdaşlıq edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.