Home » Azərbaycan ADB-nin 56-cı İllik Toplantısında təmsil olunur

Azərbaycan ADB-nin 56-cı İllik Toplantısında təmsil olunur

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Asiya İnkişaf Bankının (ADB) 56-cı İllik Toplantısında iştirak etmək üçün Cənubi Koreyanın İnçion şəhərinə gedib.

Nazirlikdən qeyd edilib ki, toplantı mayın 5-nə qədər davam edəcək.

“Asiyanın dirçəldilməsi: bərpa, yenidən əlaqə və islahat” mövzusu altında keçirilən toplantı COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfə əyani formatda baş tutur.

Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 5000-ə yaxın iştirakçının bir araya gəldiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafının əsas istiqamətləri, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, post-pandemiya dövründə yaranan yeni iqtisadi çağırışların dəstəklənməsi, region ölkələrinin inklüziv inkişaf problemləri və digər qlobal xarakterli məsələlər müzakirə edilir.

1966-cı ildə təsis edilmiş ADB-nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. ADB-yə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippinin paytaxtı Manilada yerləşir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.