Home » Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

8 sentyabr 2020-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

İclas gündəliyində duran əsas məsələlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Azərbaycanın Kommersiya Bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına bu ilin sonuna qədər ümumilikdə banklar tərəfindən 1000 (bir min) vətəndaşa aktivlərin təqdim edilməsi işinin təşkili, Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluq” layihəsində biznes planların Qiymətləndirmə Komissiyasının tərkibinə Bakı və regionlar üzrə nümayəndələrin ayrılması, “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”nun sədrliyinə “Kapital Bank” ASC-nin Xəzinə Departamentinin direktoru Fərid Əliyevin namizədliyinin müzakirəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Banklar Assosiasiyasına daxil olmuş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin müraciətinin müzakirəsi yer almışdır.

İclas zamanı qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun mövcud vəziyyəti həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, görülən işlərlə bağlı hesabat dinlənilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.